“X” sosial şəbəkəsində genişmiqyaslı giriş problemi yaranıb

Baş səhifə

Bakı. Trend:

Martın 18-də “X” sosial şəbəkəsinin fəaliyyətində ciddi nasazlıq
qeydə alınıb.

Trend xəbər verir
ki, istifadəçilər həm mobil tətbiqdə, həm də veb versiyada
platformaya daxil olmaqda çətinliklərlə üzləşiblər.

Məlumata görə, istifadəçilər hesaba giriş zamanı “profil
məlumatlarına daxil olmaq mümkün deyil” xəbərdarlığı ilə
qarşılaşıblar. Problemlərin yalnız əsas səhifə ilə məhdudlaşmadığı,
eyni zamanda mesajlar və bildirişlər bölməsində də nasazlıqların
müşahidə olunduğu bildirilir.




Baş verən texniki çətinliklər fasilələri real vaxtda izləyən
“Downdetector” platformasının statistikasında da əksini tapıb. Qısa
müddətdə çoxsaylı istifadəçi tərəfindən xəta bildirişləri
göndərilib və nasazlığın xüsusilə mobil tətbiqdə daha geniş
yayıldığı qeyd olunub.

Hazırda platformanın sahibi İlon Maskın rəhbərlik etdiyi “X”
tərəfindən rəsmi açıqlama verilməyib. Problemin texniki
infrastrukturla bağlı olduğu ehtimal edilir.