Azərbaycanda qızıl və gümüş hasilatı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 406,6 kiloqram
qızıl hasil olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə
qızıl hasilatı 71,7 kiloqram və ya 15 faiz azalıb.

Cari ilin mart ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl
ehtiyatlarının həcmi 140 kiloqram təşkil edib.




Eyni zamanda 2026-cı ilin ilk iki ayında ölkədə 681,4 kiloqram
gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə
95,2 kiloqram və ya 12,3 faiz azdır.

Bu ilin martın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş
ehtiyatlarının həcmi 522,7 kiloqram təşkil edir.

Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 5,2 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq dövrünə nisbətən 0,3 faiz artıb.