Bakı. Trend:
Kuba hökuməti yaxın günlərdə həbs cəzasına məhkum edilmiş 51
nəfərin azadlığa buraxılmasını əmr edib.
Trend-in
məlumatına görə, bu barədə Kuba Xarici İşlər Nazirliyi xəbər
verib.
“Kuba hökuməti xoşməramlı münasibətlər və Kuba dövləti ilə
Vatikan arasında tarixən məhkəmə araşdırması və məhbusların azad
edilməsi məsələləri ilə bağlı əlaqə saxladığı güclü və çevik
münasibətlər ruhunda yaxın günlərdə həbs cəzasına məhkum edilmiş 51
nəfəri azad etmək qərarına gəlib”, – deyə bildirilib.
Qeyd edilib ki, onların hamısı cəzalarının əhəmiyyətli bir
hissəsini çəkib və həbsxanada nümunəvi davranış nümayiş
etdiriblər.

