Musa Ağayev: “Finala çıxa bilərdim, səhvlərim çox oldu”

Baş səhifə
Musa Ağayev: Finala çıxa bilərdim, səhvlərim çox oldu

Serbiyada keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan Musa Ağayev finala səhvlərinin çox olması səbəbindən çıxa bilməyib.

“Report” xəbər verir ki, güləşçi bu barədə jurnalistlərə açıqlamasında deyib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb: “Yarış yaxşı keçdi. Qızıl medal qazana bilərdim, səhvlərim çox oldu. Erməni rəqibimin üzərində son saniyələrdə qələbə qazandım. Sevinirəm ki, Vətənə medalsız qayıtmadım”.

M.Ağayev qarşıdakı hədəflərindən danışıb: “Hədəfim Los-Ancelesdə keçiriləcək olimpiadaya daha yaxşı hazırlaşıb, qızıl medalı əldə etməkdir”.