
Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda 5,1 maqitutadlı zəlzələ baş verib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Fəlakət və Təcili Vəziyyətlərin İdarə Edilməsi İdarəsi (AFAD) yayıb.
Bildirilib ki, səhər saat 09.21-də Buldanda 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


