Polis 43 kq narkotiki qanunsuz dövriyyədən çıxarıb

Baş səhifə

Bakı. Trend:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.




Bildirilir ki, paytaxt ərazisində keçirilən növbəti tədbirlər
zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və
Ruslan Hüseynli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram 500
qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif
ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.