Bakı. Trend:
Cənubi Koreya və ABŞ silahlı qüvvələri “Azadlıq Qalxanı” adlı
genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, martın 19-dək keçiriləcək təlimlərə 18 min hərbçi
qatılacaq.
Şimali Koreya hakimiyyəti ABŞ-Cənubi Koreya təlimlərini
müharibəyə məşq hesab edir.

