
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.
“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığında deyib.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


