Makron Prezident İlham Əliyevə təşəkkür etdi

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron İrandakı Fransa
vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsi üçün şərait
yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib.

Trend-in
məlumatına görə, bunu Emmanuel Makron Azərbaycan Prezidenti İlham
Əliyev ilə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev isə telefon zənginə və həmrəylik nümayiş
etdirdiyinə görə Makrona təşəkkürünü bildirib.