
Bakı. Trend:
“İnter Mayami”nin sahibi Xorxe Mas klubunun hücumçusu Lionel
Messi haqqında danışıb.
Trend xəbər verir ki, o,
klubun sponsorluq müqavilələrinə ehtiyacını izah edib.
“Sponsorlara – və dünya səviyyəli sponsorlara – ehtiyacımın
səbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 60-70 milyon avro
ödəyirəm. Bütün bonusları da əlavə etsək. Amma o, hər sentinə
dəyər”, – deyə “A Bola” qəzeti Masdan sitat gətirib.
Argentinalı ulduz dünyada “Əl-Nəsr”in hücumçusu Kriştianu
Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçudur.
Messi 2023-cü ildə “İnter Mayami”yə qoşulub və o vaxtdan bəri 90
matçda meydana çıxıb və Florida klubu üçün 79 qol vurub.


