
Bakı. Trend:
“Roma” və Argentina milli komandasının yarımmüdafiəçisi Paulo
Dibala əməliyyat olunub.
Trend xəbər verir ki, o, 25
yanvardan etibarən dizində iltihab səbəbindən oynaya bilmirdi. “Calciomercato”nun yazdığına görə, bir aydan artıq konservativ
müalicə heç bir nəticə verməyib.
Dibala dünən “Roma”nın qrup məşqində iştirak edib, amma təxminən
on dəqiqə sonra sol dizində yenidən ağrı hiss edib.
Bu gün futbolçu əməliyyat olunub. Müayinə zamanı xarici meniskin
yırtığı aşkarlanıb və əməliyyat olunub. Dibala ən azı 45 gün
oyunlardan kənarda qalacaq. Bu səbəbdən mövsüm onun üçün demək olar
ki, başa çatıb. Futbolçu indi reabilitasiya proqramına
başlayacaq.


