
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerikanın ən böyük müdafiə korporasiyaları silah istehsalını dörd dəfə artırmağa razılaşıblar.
“Report” xəbər verir ki, o, Ağ Evdə hərbi-sənaye kompleksinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündən sonra bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, görüşdə “BAE Systems”, “Boeing”, “Honeyvell Aerospace”, “L3Harris Missile Solutions”, “Lockheed Martin”, “Northrop Grumman” və “Raytheon”un top menecerləri iştirak edib.
“Onlar ən yüksək səviyyəli silah istehsalını dörd dəfə artırmağa razılaşdılar, çünki mümkün qədər tez maksimum həcm səviyyəsinə çatmaq istəyirik. İstehsalın genişləndirilməsi görüşdən üç ay əvvəl başladı, bir çox zavod və xətt artıq istifadəyə verildi”, – Amerika lideri qeyd edib.
Tramp həmçinin bildirib ki, bütün ölkə üzrə ştatlar hərbi-sənaye kompleksinin yeni müəssisələrinin tikintisi üçün tenderlərdə iştirakla bağlı müraciət edir. “Bütün ölkə üzrə ştatlar bu yeni zavodların inşası üçün tenderlərdə iştirak üçün müraciət edirlər”, – o vurğulayıb.
ABŞ Prezidentinin sözlərinə görə, Amerikanın hərbi-sənaye kompleksinin rəhbərliyi ilə növbəti görüş iki aydan sonra planlaşdırılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


