
Bakı. Trend:
6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin
müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova
zəng vurub.
Bu barədə Trend-ə
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə
qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik
vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülki
infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi
addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını
ifadə edib, vəziyyətin daha da eskalasiyasının qarşısının
alınmasının vacibliyini qeyd ediblər.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə
Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıq
münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.


