
BMT İranda mülki əhaliyə humanitar yardım göstərməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer brifinqdə bildirib.
“Dünən (martın 5-də red) mən İranın BMT-dəki daimi nümayəndəsi ilə danışdım. BMT-nin humanitar dəstəyə ehtiyacı olan mülki əhaliyə kömək etməyə hazır olduğunu təsdiqlədim”, – o deyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


