İranın Azərbaycandakı səfiri Naxçıvana dron hücumundan sonra Tehrana zəng vurub

Baş səhifə
İranın Azərbaycandakı səfiri Naxçıvana dron hücumundan sonra Tehrana zəng vurub

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) martın 5-də günorta saatlarında İranın Azərbaycandakı səfirinə İslam Respublikasının Naxçıvana dron hücumu barədə məlumat verib.

“Report” xəbər verir ki, bunu “Baku TV”yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

“Mən dərhal Tehranla əlaqə saxlayıb ilkin məlumatı aldım və XİN-ə müraciət etdim” , – o bildirib.

Müctəba Dəmirçilunun sözlərinə görə, dron hücumu İran tərəfdən rəsmən qəbul edilməyib:

“Burada çox şübhəli məqamlar var. Bilirsiniz ki, dünən axşam bizim XİN rəhbərləri (Ceyhun Bayramov və Abbas Əraqçi – red.) bu mövzuda telefon danışığı aparıblar və şübhəli məqamlara aydınlıq gətirilməsi razılaşdırılıb”.