SEPAH-ın Azərbaycanda terror cəhdi: İsrailin Azərbaycandakı səfirliyi də hədəfdə olub

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi
Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam
Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən
Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və
kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını
alıb.

Trend xəbər verir ki,
cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna
xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru
kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini
İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəfə
alınıb.

Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib.

Lakin həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə
ötürülməsinin qarşısı alınıb.

İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi
strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən
şəxslərin müəyyən olunması məqsədilə əməliyyat axtarış tədbirləri
təşkil edilib.