Əli Xamenei baş verənlərə nəzarət edir – KİV

Baş səhifə

Bakı. Trend:

Əli Xameneinin baş verən hadisələrə möhkəm və qətiyyətli nəzarət
etdiyi bildirilib.

Trend xəbər verir
ki, bu barədə İranın rəsmi kütləvi informasiya vasitələri məlumat
yayıb.

Mənbələr Ali Liderin cari hadisələrə və qərar qəbuletmə
proseslərinə tam iştirak etdiyini vurğulayıblar, əlavə məlumat
verilməyib.




Bundan əvvəl bəzi media orqanları Xameneinin İsrail və ABŞ-ın
həyata keçirdiyi hava hücumlarında öldürüldüyü ehtimalını irəli
sürmüşdü.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.