
Bakı. Trend:
Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına
(WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı
keçirilir.
Trend xəbər
verir ki, brifinqdə WUF13-ün Milli Koordinatorunun müavini,
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, BMT-nin
Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat
Bölməsinin direktoru Edlam Yemeru, WUF13 Azərbaycan Əməliyyat
Şirkətinin Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə və
digərlərinin çıxışları nəzərdə tutulub.
Brifinqdə WUF13-ün Azərbaycan üçün strateji əhəmiyyəti və
2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi, WUF13-dən
gözləntilər və beynəlxalq təsir, tədbirə milli səviyyədə hazırlıq,
WUF13-ün qlobal konsepsiyası, WUF13-ün mövzuları və əsas mesajları,
prioritetlər və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)
strateji baxışı ilə uyğunluq və s. kimi mövzulara aydınlıq
gətiriləcək.
Sonda isə medianın sualları cavablandırılacaq.
Xəbər yenilənəcək

