
Bakı. Trend:
Günəşin səthindən ləkələr yoxa çıxmaqda davam edir. Yaxın
illərdə onların əmələ gəlməsi təsadüfi xarakter daşıyacaq, buna
görə də ulduzun aktivliyini proqnozlaşdırmaq mümkün olmayacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası
laboratoriyasının rəhbəri Sergey Boqaçev bildirib.
Alimin sözlərinə görə, hazırda Günəş aktivliyi ümumi tsiklin
zəifləməsi səbəbindən parçalanma mərhələsinə daxil olur.
“Əslində, artıq fasiləsiz aktivlik müşahidə olunmur”, – deyə o
bildirib.
Xatırladaq ki, fevralın 22-də Günəşin səthindən 2021-ci ildən
bəri ilk dəfə olaraq beş ləkə yoxa çıxıb. Alimlər izah edir ki,
ləkələrin yoxluğu adətən minimal günəş aktivliyi fazası ilə
əlaqədar olur.


