Azərbaycanda yanvar ayında bankomatlar vasitəsilə aparılan əməliyyatların göstəriciləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda bankomatlar vasitəsilə nağd
pul çıxarışlarının ən yüksək sayı 12,374 milyon əməliyyat və bu
əməliyyatların ümumi dəyəri 3,049 milyard manat təşkil edib.

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına isitnadən xəbər verir

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatlar vasitəsilə
nağd pul çıxarışı əməliyyatlarının sayı 1,246 milyon əməliyyat və
ya 9,1% azalıb, əməliyyatların həcmi isə 53 milyon manat və ya 1,8%
artıb.

2025-ci ilin yanvar ayında Azərbaycanda bankomatlar vasitəsilə
ən çox nağd pul çıxarışı13,620 milyon əməliyyatla ümumilikdə 2,996
milyard manat təşkil edib.




Qeyd edək ki, yanvar ayının vəziyyətinə görə Azərbaycanda bank
sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı əvvəlki aya nisbətən 176 min ədəd artaraq 22
milyon 156 min ədədə çatıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%
artıb.

Debet kartların sayı 13,3% artıb, kredit kartların sayı isə 7,6%
azalıb.