Xocalı şəhidinin oğlu: 160-dan çox insanı çıxarsa da, özü qaldı

Baş səhifə

“Atam 160-dan çox adamı Xocalıdan çıxarsa da, özü qaldı”.
Bunu Xocalıda şəhid Xaqani Aslanovun oğlu Sadiq Aslanov Modern.az-a açıqlamasında deyib.

“Ana Harayı abidəsində mənim atamın adı da yazılıb. Atam və iki əmim də şəhid olub. 160-dan çox Xocalı sakinini ərazidən çıxartdı. Çox təəssüf ki, özü çıxa bilmədi”, – o deyib. 

Xatırladaq ki, Xəqani Aslanov 1992-ci ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Nəşi (bədənin yarı hissəsi) doğulub boya-başa çatdığı Şelli kəndində torpağa tapşırılıb.

Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə 1993-cü ilin 23 iyulunda Ağdamda şəhid olublar.