Almaniya, Yaponiya və Niderland səfirlikləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

Baş səhifə
Almaniya, Yaponiya və Niderland səfirlikləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

Almaniyanın, Yaponiyanın və Niderlandın Azərbaycandakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım ediblər.

“Report” xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrində məlumat verilib.

Almaniya səfirliyinin paylaşımında qeyd edilib: “Biz 34 il əvvəl Xocalıda həlak olanların xatirəsini hörmətlə yad edirik”.

Yaponiya səfirliyindən bildirilib: “Bu gün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar qurbanların xatirəsini yad edirik. Yaponiya hökuməti bütün soyqırımlara qarşı çıxır!”.

Niderland səfirliyinin paylaşımında qeyd olunub: “Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1992-ci ildə Xocalıda həlak olan bütün insanların xatirəsini anırıq”.