
Bakı. Trend:
Xətai rayonunda mənzildən kişi meyiti tapılıb.
Trend-in
məlumatına görə, hadisə dünən saat 17 radələrində baş verib.
Belə ki, 1947-ci il təvəllüdlü Aleksey Tyutyunikovun meyiti
yaşadığı Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində
yerləşən mənzildə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


