“ABŞ-nin hərbi dominantlığı bərpa edilib, dünya amerikalılar üçün daha təhlükəsiz olub. Biz qürurla, həmçinin xaricdəki amerikalılar üçün təhlükəsizliyi bərpa edirik”.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Konqresdə “State of Union” adlı illik müraciəti zamanı deyib.
O, Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb.
“İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda arasında müharibələrdir”,- deyə Tramp bildirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

