
İran hakimiyyəti Tehranda Yaponiya vətəndaşını saxlayıb.
“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Masao Ozaki gündəlik brifinqdə danışıb.
O bildirib ki, Yaponiya tərəfi İran hakimiyyətindən onun dərhal azad edilməsini tələb edib. Yaponiya hökumətinin sözçüsü əlavə şərh verməkdən və ya saxlanmanın səbəblərini dəqiqləşdirməkdən vurğulayıb:
“Həbs 20 yanvarda baş tutsa da, təkrarlanan tələblərimizə və davam edən diplomatik səylərimizə baxmayaraq, Yaponiya vətəndaşı hələ də İran həbsindədir”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


