Tramp Konqresdə Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışdı

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Konqresdə “State of Union” adlı
illik müraciəti zamanı Ermənistan və Azərbaycan arasında
münaqişənin həllindən danışıb.

Trend-in
məlumatına görə, o, 10 ay ərzində 8 münaqişəni həll etdiyini
deyib.

“Biz qürurla, həmçinin xaricdəki amerikalılar üçün
təhlükəsizliyi bərpa edirik. Ölkəmiz heç vaxt bu qədər güclü
olmayıb. İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son
qoydum. Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və
Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və
Azərbaycan, Konqo və Ruanda arasında müharibələrdir”,- deyə Tramp
bildirib. O bu işdə köməyə görə, nümayəndələri Stiv Uitkov və Cared
Kuşner və Dövlət katibi Marko Rubioya təşəkkür edib.