Bakı. Trend:
Çili paytaxtı Santyaqonun şimalında maye qaz daşıyan yük
maşınının partlaması nəticəsində ən azı 11 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə “BioBio” radio stansiyası
xəbər verib.
Səhiyyə departamentindən bildirilib ki, 10 xəsarət alan şəxs
xəstəxanadadır. Onlardan altısının vəziyyəti ağırdır və həyati
təhlükəsi olan xəsarətləri var.
Qeyd edək ki, fevralın 19-da paytaxtın Renko kommunasında
partlayış baş verib. İlkin məlumatlara görə, üç nəfər həlak olub.
Partlayış maye qaz daşıyan yük maşınının sürücüsünün idarəetməni
itirməsi və yol maneəsinə çırpılması nəticəsində baş verib.

