“Nyukasl” və “Qarabağ”ın start heyətləri açıqlandı – Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”
(İngiltərə) və “Qarabağ” komandaları arasında keçiriləcək cavab
oyunu üçün start heyətlər açıqlanıb.

Trend-in
məlumatına görə, bu barədə UEFA-nin rəsmi saytında bildirilib.

Məlumata əsasən, komandalar fevralın 24-dən 25-nə keçən gecə
“Sent Ceyms Park” stadionunda təşkil olunacaq görüşə aşağıdakı
heyətlərlə çıxacaq.

“Nyukasl”: Barnes, Botman,Ceykop Mörfi, Voltemade, Tonali, Burn,
Joelinton, Osula, Tripyer, Mörfi, Aaron Ramsdeyl.




Baş məşqçi: Eddi Hau.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Dani Bolt, Bədavi
Hüseynov, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Abdullah
Zubir, Kamilo Duran, Montiel, Marko Yankoviç.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, ilk görüş rəqibin 6:1 hesablı qələbəsi ilə
yekunlaşıb.