Azərbaycanda su və istilik enerjisi istehsalının həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda su elektrik stansiyalarında
(KES) 133,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,4
milyon kVt-saat və ya 38,5% azdır.




Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrik
stansiyalarında 1,979 milyard kVt-saat elektrik enerjisi istehsal
edilib ki, bu da ötən ili eyni ayındakı göstərici ilə müqayisədə
50,9 milyon kVt-saat və yaxud 2,5% azalma deməkdir.

İstilik elektrik stansiyalarında əldə edilmiş enerjinin 22,1
milyon kVt-saatı tullantıların yandırılmasından alınan elektrik
enerjisi təşkil edib. Bu isə ötən ilin yanvar ayındakı göstəricyə
nisbətən 3,8 milyon kVt-saat və ya 20,8% çoxdur.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin
yanvar ayında 350,8 milyon manat dəyərində məhsul istehsal olunub
və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,4 milyon
manat təşkil edib.