
Bakı.Trend:
Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatarda
texniki nasazlıq baş verib.
Bu barədə Trend-in sorğusuna əsasən, “Bakı Metropoliteni”
QSC-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci
yoluna keçirilib.
Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə
buraxılıb. Bu səbəbdən “Dərnəgül-Nərimanov” sahəsində interval
fərqi yaranıb.
Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik.

