
Bakı. Trend:
ABŞ-də mərkəzi bank funksiyasını icra edən Federal Ehtiyat
Sistemi inflyasiyanın azalması baş verdiyi təqdirdə baza faiz
dərəcələrinin endirilməsini sürdürməyi planlaşdırır.
Trend xəbər verir ki, bu
yanaşma FES-in yanvar ayında keçirilmiş Açıq Bazar Komitəsinin
iclasına dair hesabatda əksini tapıb.
Sənəddə qeyd olunur ki, bəzi üzvlər daxil olan məlumatların
diqqətlə təhlil edildiyi dövrdə faiz dərəcələrinin müəyyən müddət
dəyişdirilmədən saxlanılmasının daha məqsədəuyğun olduğunu
bildiriblər. Bir çox iştirakçı isə inflyasiyanın azalması
prosesinin yenidən sabit və inamlı məcraya qayıtdığını göstərən
aydın siqnallar görünməyincə əlavə monetar yumşalmanın uyğun
olmadığını düşünür.
Bununla yanaşı, iclasda iştirak edən bəzi şəxslər ilin sonuna
doğru faiz dərəcələrinin artırılması ehtimalını da istisna
etməyiblər. Hesabatda vurğulanır ki, inflyasiya gözləniləndən
yüksək səviyyədə qalarsa, yuxarı istiqamətli korrektə məqsədəuyğun
hesab oluna bilər.

