KOB evlərində “G2B” xidmətlər göstərən qurumların adları açıqlanıb

Baş səhifə
KOB evlərində G2B xidmətlər göstərən qurumların adları açıqlanıb

Ötən il KOB evlərində biznes subyektlərinə göstərilmiş 543 033 xidmətin 464 325-i beş dövlət qurumu tərəfindən təqdim edilib.

Bu barədə “Report”a KOBİA-dan məlumat verilib.

Bildirilib ki, ötən il sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, gömrük ximətləri, fitosanitar sertifikatın alınması üçün müraciət ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 257 699 (47,5 %), “Azərpoçt” MMC 96 902 (17,8 %), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 62 051 (11,4 %), Dövlət Gömrük Komitəsi 30 384 (5,6 %) və Qida Təhlükəsizliyi Agentliyi 17 289 (3,2 %) xidmət göstərib.

Qeyd edək ki, KOB evləri sahibkarların dövlət (“G2B”) və biznes (“B2B”) xidmətlərinə vahid məkanda sürətli və rahat çıxışını təmin edən mərkəzlərdir. Sahibkarların “G2B” və “B2B” xidmətlərə KOB evləri vasitəsilə çıxması onların vaxtına və resurslarına qənaət etməsinə imkan verir.

Fatimə Bağırova