“Crocus”da terror aktı işi üzrə təqsirləndirilənlərə ömürlük həbs istənilib

Baş səhifə
Crocusda terror aktı işi üzrə təqsirləndirilənlərə ömürlük həbs istənilib

Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə prokuror “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının icraçılarının ömürlük azadlıqdan məhrum edilməsini və onların cəzalarını xüsusi rejimli koloniyada çəkməsini tələb edib.

“Report”un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə 127 zərərçəkmişin maraqlarını təmsil edən vəkil Lyudmila Ayvar bildirib.

Qeyd edək ki, Şəmsidin Fəriduni, Dalercon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidakrami Racabalizoda terrorçuluq fəaliyyətini həyata keçirmək məqsədilə təlim keçməkdə (CM-in 205.3-cü maddəsi), qanunsuz silah dövriyyəsində (CM-in 222-ci maddəsinin 4-cü hissəsi), terror təşkilatının fəaliyyətində iştirak etməkdə (CM-in 205.5-ci maddəsinin 2-ci hissəsi) və terror aktı törətməkdə (CM-in 205-ci maddəsinin 3-cü hissəsi) ittiham olunurlar.

Ayvar əlavə edib ki, zərərçəkmişlərin müdafiəsi terror aktının bilavasitə icraçıları və onlarla əlbir olan şəxslər üçün maksimum sərt cəzanın verilməsində israrlıdır.