Sabah İlyas İsmayılovun il mərasimidir

Baş səhifə

Sabah fevralın 17-də Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun dünyasını dəyişməsinin ildönümü qeyd ediləcək.

Modern.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov bildirib.

O qeyd edib ki, il mərasimi saat 11.00-dan Heydər Məscidində keçiriləcək.

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri, Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılov 17 fevral 2025-ci il tarixində müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri işləyib. Milli Məclisin III və IV çağırış deputatı olub.

Mərhum öz vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristablığında oğlu Etimad İsmayılovun yanında dəfn olunub.