Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard
ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni
dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.




Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,
1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və
ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%
azdır.