
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında iştirak edən almaniyalı biatlonçular Yanina Hettix-Valts və Vanessa Foyqt qidadan zəhərləniblər.
“Report” “Bild”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xizək Növləri Assosiasiyasının idman direktoru Feliks Bitterlinq bildirib.
Qurum rəsmisi idmançıların qida qəbulundan sonra özlərini pis hiss etdiklərini, bununla belə, problemin ciddi olmadığını söyləyib. Almaniya millisinin idmançıların qidalanmasına cavabdeh olan xüsusi aşpazı da İtaliyaya gətirdiyi bildirilib.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


