Azərbaycanda logistika subsidiyasının şamil ediləcəyi ölkələr müəyyənləşib

Baş səhifə
Azərbaycanda logistika subsidiyasının şamil ediləcəyi ölkələr müəyyənləşib

Bu ildən etibarən Azərbaycandan ixrac edilən məhsullar üçün logistika üzrə subsidiya mexanizmi tətbiq olunacaq.

Bunu “Report”a açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, subsidiya yalnız yeni bazarlarda, artım potensialı olan ölkələr üçün nəzərdə tutulur: “Ənənəvi bazarlara isə bu subsidiyalar şamil edilməyəcək. Subsidiya mexanizmi şirkətləri müxtəlif bazarlara çıxış üçün təşviq edəcək və ixracın şaxələndirilməsinə xidmət edəcək”.

Y. Abdullayev qeyd edib ki, Azərbaycandan məhsulların BƏƏ-yə ixracında logistika məsələləri əsas çağırışlardan biridir və bəzən əlavə xərc tələb edə bilər. “Biz alternativ yollar və marşrutlar üzərində danışıqlar apardıq. Məqsədimiz yalnız ənənəvi bazarlara deyil, yeni xarici bazarlara çıxışı stimullaşdırmaqdır”.