
Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu sabiq energetika naziri Herman Qaluşenkoya “Midas” işi üzrə ittiham irəli sürülüb.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
İstintaq məlumatlarına görə, 2021-ci ilin fevralında Angilya adasında (Böyük Britaniyanın dənizaşırı ərazisi) cinayətkar təşkilatın iştirakçılarının təşəbbüsü ilə fond qeydiyyatdan keçirilib. Bu fond təxminən 100 milyon dollar investisiya cəlb etməli idi.
Təşkilat Ukrayna Milli Antikorrupsiya Bürosu və Milli Antikorrupsiya Bürosu tərəfindən 2025-ci ilin noyabrında ifşa edilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

