
Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu Ukraynanın sabiq energetika naziri (2021-2025) Herman Qaluşenkoya qarşı cinayət ittihamı irəli sürüblər.
APA xəbər verir ki, bu barədə prokurorluğun rəsmi “Telegram” kanalında məlumat yayılıb.
NABU hal-hazırda aparılan araşdırmaların qanunvericiliyə uyğun olaraq və məhkəmənin qərarına əsasən həyata keçirildiyini bildirib.
İttihamlar arasında pul yuyulması və cinayətkar təşkilatlarda iştirak da var.

