
Belqrad. Trend:
Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda
inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın
ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini
artıracağıq.
Trend xəbər verir
ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar
Vuçiçlə mətbuata bəyanatında deyib.
“İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə
çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq.
Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar
yaradacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.


