Bakı. Trend:
Çinin Şanxay şəhərində aparılan inşaat işləri zamanı meydana
gələn sızma nəticəsində hələ istifadəyə verilməmiş yolayrıcı
çöküb.
Trend xəbər verir
ki, bu barədə “STHeadline” nəşri məlumat yayıb.
Hadisə ilə bağlı yayımlanan kadrlarda yaxınlığında tikinti
işlərinin aparıldığı nəhəng yol örtüyünün qəfil çökdüyü anlar əks
olunub.
Məlumata görə, yol sürətlə dağılmağa başlayıb, yaxınlıqda
yerləşən müvəqqəti tikili də yaranan çuxura yuvarlanıb. Çökmə
sahəsi genişlənməyə davam etdiyi üçün işçilər dərhal ərazidən
uzaqlaşdırılıblar.
Qeyd edilir ki, sızmanın baş verdiyi ərazi “China Railway Tunnel
Group” şirkəti tərəfindən inşa edilib. Hadisədən sonra ərazidə
dərhal fövqəladə hallara dair fəaliyyət planı işə salınıb.

