Putin Zelenskini ayağına çağırır: Moskvaya gəlsin!

Baş səhifə

Rusiya prezidenti Vladimir Putinin Volodimir Zelenski ilə görüşün yalnız Moskvada keçirilə biləcəyi mövqeyi qüvvədə qalır.

Modern.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Prezident Vladimir Putin dəfələrlə bildirib ki, əgər Volodimir Zelenski konstruktiv dialoqa hazır və istəkli olarsa, Moskvaya gələ bilər.

V.Zelenski isə Ukrayna münaqişəsinin həlli üçün Rusiyada və ya Belarusda görüşməkdən imtina edib.

Peskov Zelenskinin açıqlamasında heç bir yenilik olmadığını vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Moskva Zelenskini qəbul etməyə və Rusiyada olarkən onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.