İcma nümayəndəsi: Gənclər Qərbi azərbaycanlıların başına gətirilən bəlalardan xəbərsizdir

Baş səhifə
İcma nümayəndəsi: Gənclər Qərbi azərbaycanlıların başına gətirilən bəlalardan xəbərsizdir

Bu gün gənclər Qərbi azərbaycanlıların başına gətirilən bəlalardan xəbərsizdir.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) Müşahidə Şurasının sədri Misir Mərdanov “Bir Elin Manifesti: Qərbi Azərbaycan hekayələri” ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

M.Mərdənov təklif edib ki, İcmanın rəhbərliyi ilə təhsil müəssisələrində bu məsələlər çərçivəsində görüşlər və müzakirələr aparılsın:

“Qərbi Azərbaycanla bağlı həqiqətlər mütləq gələcək nəsillərə ötürülməlidir. Dərsliklər, vəsaitlər çox olmalıdır ki, gənclər bu barədə oxuyub öyrənə bilsin”.