
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov İranın ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında energetika sahəsində
əməkdaşlığın mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr,
onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi
aparılıb.
Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və
İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq
üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin
icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.


