Rusiyanın Xarkova hücumları nəticəsində 13 nəfər xəsarət alıb

Baş səhifə
Rusiyanın Xarkova hücumları nəticəsində 13 nəfər xəsarət alıb

Rusiyanın Ukraynanın Xarkov vilayətində yerləşən Barvinkovo şəhərinə endirdiyi silsilə PUA zərbələri nəticəsində 13 nəfər xəsarət alıb.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

“Zərbələrdən biri ikimərtəbəli mağaza binasına dəyib, 1500 kv. m-dən çox sahədə yanğın baş verib. Həmçinin çoxmərtəbəli yaşayış binaları, qarajlar və avtomobillər zədələnib”, – xilasedicilər qeyd ediblər.

Dövlət Xidmətindən bildiriblər ki, hücumun nəticələrinin aradan qaldırılması üzrə işlər başa çatıb. Xilasedicilər hücumların təkrarlanması təhlükəsi altında işləyiblər.