Marlen Mamataliyev Qırğızıstan parlamentinin sədri ola bilər

Baş səhifə
Marlen Mamataliyev Qırğızıstan parlamentinin sədri ola bilər

Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri vəzifəsinə deputat Marlen Mamataliyev irəli sürülüb.

“Report”un Qırğızıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu, fevralın 12-də keçirilən parlamentin iclasında məlum olub.

Onun namizədliyini “Eldik” və “Ala-Too” deputat qrupları irəli sürüb.

Xatırladaq ki, əvvəlki spiker Nurlanbek Turqunbek uulu bu gün istefa verib, lakin deputat kimi fəaliyyətini davam etdirəcək.