Azərbaycan yanvarda “OPEC+” kvotasından gündəlik 92 min barel geri qalıb

Baş səhifə
Azərbaycan yanvarda OPEC+ kvotasından gündəlik 92 min barel geri qalıb

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 459 min barel təşkil edib.

“Report” bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı dekabr ayı ilə müqayisədə eyni olub.

Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, yanvarda faktiki hasilat 92 min barel geriləyib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü və dördüncü rüblərdə isə 459 min barel təşkil edib.

2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.