Rusiya texnikumunda atışma – Ölü və yaralılar var

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Anapa şəhərində Sənaye Texnikumunun girişində atışma
baş verib.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, texnikumda təhsil alan tələbələrdən biri
odlu silahdan atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir
neçə nəfər yaralanıb.




Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev həlak olan
şəxsin texnikumun mühafizəçisi olduğunu təsdiqləyib.

Bəzi mənbələr yaralı sayının 2 nəfər olduğunu yazır.

Hücumu həyata keçirən şəxs saxlanılıb. Onun 2008-ci il
təvəllüdlü olduğu bildirilir. Silahlı hücumun motivləri hələ ki,
aydınlaşdırılmayıb.