Azərbaycanda səmt qazının hasilatı 2%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 2025-ci ildə 15,416 milyard kubmetr həcmində səmt
qazı (neft yataqlarının qazı) hasil edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 318,1
milyon kubmetr və ya 2,1% çoxdur.




Sözügedən həcmin 4,023 milyard kubmetri əmtəəlik qazın payına
düşüb.

Eyni zamanda hesabat ilində ölkədə qaz hasilatının ümumi
həcmində səmt qazının payı 30,3% təşkil edib.

Yerdə qalan hissəsi isə 35,499 milyard kubmetr və ya 79,7% təbii
qazın (qaz yataqlarının qazı) payına düşüb.