Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq

Baş səhifə
Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq

Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektin imkanlarından istifadə olunacaq.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov “Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası” mövzusunda keçirilən elmi konfransda deyib.

Onun sözlərinə görə, süni intellektin tətbiqi üçün texnoloji inkişaf olmalıdır:

“Texnoloji yeniliklər, toplanmış məlumatlar, inteqrasiya kifayət qədər olmalıdır. Qlobal səviyyəyə çıxmaq üçün isə əvvəlcə yerli səviyyədə işləri düzgün qurmaq lazımdır ki, bunun nəticələrini beynəlxalq miqyasda göstərə bilək. Bu baxımdan, məsələn, sosial sahələrdə vətəndaşlara xüsusi dəstək göstərməklə, onların həssas ehtiyaclarını qarşılayan xidmətlər təşkil edə bilərik”.

O vurğulayıb ki, vətəndaşların ən çox müraciət etdiyi sahələr çağrı mərkəzləri, əlilliyi qiymətləndirməsi idi.

“Təəssüf ki, cüzi də olsa əlilliyin qiymətləndirilməsində saxtakarlıqlara yol verilməsinə cəhd olunur. Əlilliyin qiymətləndirilməsi üçün gələcəkdə süni intellekt imkanlarından istifadə hədəfə kimi qoyulub. Burada məqsəd həkimlərin işinə mane olmamaq, sadəcə işlərin daha da sürətləndirilməsidir”.